/ / YAP Gəncə şəhər təşkilatı Sosial Şəbəkələr və Müasir Çağırışlar mövzusunda təlim keçirib

YAP Gəncə şəhər təşkilatı Sosial Şəbəkələr və Müasir Çağırışlar mövzusunda təlim keçirib

521 Baxış



Yeni Azərbaycan Partiyası Gəncə Şəhər Təşkilatı Sosial Şəbəkələr və Müasir Çağrışlar mövzusunda təlim təşkil edib. Yeni Azərbaycan Partiyası Gəncə Şəhər Təşkilatının sədri Naqif Həmzəyevin moderatorluğunda baş tutan onlayn forumda, gənclərin sosial şəbəkələrdən səmərəli istifadəsi, Azərbaycan gəncinin onlayn platformada aktivliyi, informasiya müharibəsindəki rolu və bir sıra maraqlı mövzular müzakirə olunub. Təlimə məruzəçi qismində qatılan İslahatçı Gənclər İctimai Birliyinin sədri Fərid Şahbazlı, Azxəbər.com informasiya portalının rəhbəri Hacıbəy Heydərli, gənc ifaçı Çinarə Məlikzadə mövzuya uyğun çıxışlar edərək bu istiqamətdə gənclərə öz tövsiyyələrini veriblər. 44 günlük Vətən savaşının, gənclərimiz baxımından həm döyüş həm də informasiya meydanında ciddi sınaq olduğu qeyd edən məruzəçilər, bu müharibədə informasiyanın düzgün idarə olunmasının nə qədər vacib olduğunu və bu istiqamətdə gənclərimizin xüsusi rolundan bəhs ediblər. Gənclərin sosial platformalardakı aktivliyinin, düşmən dezinformasiyasının qarşısını uğurla aldığını bildirən çıxışçılar, bu fəallığın informasiya meydanında da qarşı tərəfin məğlubyəti ilə nəticələndiyini qeyd ediblər. Qeyd edək ki,Yeni Azərbaycan Partiyası Gəncə Şəhər Təşkilatı bir qayda olaraq həyata keçirdiyi müxtəlif layihələr və konfranslarla, mütəmadi olaraq müxtəlif mövzular ətrafında gəncləri bir araya toplayır və onların marifləndirmə işinin təşkilində yaxından köməklik göstərir.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz