/ / GİKM-nin növbəti nümayəndəliyi fəaliyyətə başlayıb

GİKM-nin növbəti nümayəndəliyi fəaliyyətə başlayıb

568 Baxış



Gəncədə Gənclərin İnkişaf və Karyera Mərkəzinin açılışı olub. Heydər Əliyev mərkəzində fəaliyyətə başlayan mərkəzin açılışına şəhər rəhbərliyi, Gənclər Fondunun icraçı direktoru, millət vəkilləri, Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndələri və Gəncə gəncləri iştirak ediblər. Ölkə gənclərinin hərtərəfli inkişafının təmin olunması, ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin öyrənilməsi, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsinə xidmət edəcək Gənclərin İnkişaf və Karyera Mərkəzi, dövlətin uğurlu gənclər siyasətindən, ölkə gəncləri üçün yaradılan yüksək imkanlardan xəbər verir. Yeni yaradılan mərkəzdə, gənclərin əlavə bilik və bacarıqlara yiyələnməsi üçün müxtəlif peşə təlimləri, ustad dərsləri, təhsil və təcrübə proqramları, görüşlər, seminarlar, intellektual oyunlar və digər tədbirlər təşkil olunacaq. Açılışda iştirak edən natiqlər, Prezident İlham Əliyevin Sərəncamına əsasən yaradılan Gənclərin İnkişaf və Karyera Mərkəzlərinin əsas hədəfinin gənclərin hərtərəfli inkişafı ilə yanaşı, onları gələcəyə hazırlamaq olduğunu qeyd ediblər. Açılış tədbirini 300-ə yaxın gənc onlayn izləyib.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz