/ / YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyindən maraqlı addım

YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyindən maraqlı addım

523 Baxış



Yeni Azərbaycan Partiyası Gəncə Şəhər Təşkilantının Gənclər Birliyi maraqlı bir layihəyə imza atıb. 44 günlük Vətən müharibəsi gənclərin gözü ilə adlı layihə, adından da məlum olduğu kimi uzun illər işğal altında saxlanılan torpaqlarımızın azad olunmasına həsr olunub. Məqsəd, Azərbaycanın haqq savaşı olan Vətən müharibəsinə gənclərin yanaşması və bu istiqamətdə onların düşüncələrini öyrənmək olub. Bunun üçün hər bir iştirakçı mövzuya aid olaraq qısa videomaterial hazırlamalı və 44 günlük Vətən müharibəsinə aid düşüncələrini həmin videoçarxda əks etdirməli olub. Dekabrın 24-ü start götürən layihəyə yanvarın 24-ü yekun vurulub. Bu müddət ərzində 100-dən çox iştirakçı hazırladığı videoçarxı layihəyə təqdim edib. Layihəyə 100- dən çox iştirakçı qatılsada lakin 1-ci mərhələni yalnız 40 iştirakçı adlaya bilib. Uzun sürən qiymətləndirmədən sonra qaliblər müəyyən olunub. Pandemiya səbəbindən layihənin iştirakçılarının mükafatlandırılması, eləcə də sertifikatlarla tələtif olunmaları onlayn həyata keçirilib. Videkonfrans vasitəsi ilə baş tutuan qaliblərin mükafatlandırılmasına Yeni Azərbaycan Partiyası Gəncə Şəhər Təşkilantının sədri Naqif Həmzəyev də qoşulub. Gənclərin bu layihədə xüsusi aktivlik nümayiş etdirdiyini qeyd edən sədr, bunun üçün onlara öz təşəkkürlərini çatdırıb. Naqif Həmzəyev gənclərə, bu kimi layihələrə və startuplara YAP Gəncə şəhər təşkilatı olaraq lazımı köməkliyin göstərilməsi üçün daima hazır olduqlarnı bildirib. Sonda qalbləri təbrik edən millət vəkili bütün iştirakçılara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz