/ / YAP Gəncə şəhər təşkilatı, partiyanın yaranmasının 28 illiyini müxtəlif tədbirlərlə qeyd edib

YAP Gəncə şəhər təşkilatı, partiyanın yaranmasının 28 illiyini müxtəlif tədbirlərlə qeyd edib

563 Baxış



Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının fəalları partiyanın yaranmasının 28 illiyi münasibəti ilə ağacəkmə aksiyası keçiriblər. Uzun illərdir ənənəyə çevirilən aksiyada partiya fəalları Gəncə-Şəmkir avtomobil yolunun kənarlarına 100-dən artıq Eldar şamı əkiblər. Aqrotexniki qaydalara uyğun əkilən ağaclar partiyanın gənclər təşkilatının könüllüləri tərəfindən daima nəzarətdə saxlanılır. Ağacların suvarılması və ərazinin təmiz saxlanılması istiqamətində mütəmadi iş aparılır. Aksiya çərçivəsində ağacəkmə ilə yanaşı ərazi alaq otlarından təmizlənib, yol kənarlarına atılan məişət tullantıları toplanaraq ərazidən daşınıb. Ağac əkimi üçün əlverişli olan payız fəsili nəzərə alınaraq anoloji aksiyanın önümüzdəki həftələrdə də keçirilməsi nəzərdə tutulub. Aksiya iştirakçıları daha sonra YAP Gəncə şəhər təşkilatı tərəfindən, Yeni Azərbaycan Partiyasının yaranmasının 28 illiyinə həsr olunan videokonfransa qatılıblar. YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyevin adından bütün iştirakçılara salamlar çatdırılıb, əməli fəaliyyətlərində hər bir təşkilat üzvünə uğurlan arzu edilib. Qeyd olunub ki, təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan Yeni Azərbaycan Partiyası, müasir Azərbaycan tarixinin başlanğıcı kimi xarakterizə oluna bilər. Ulu Öndərin təşəbbüsü ilə yaradılan Yeni Azərbaycan Partiyası yarandığı gündən bu günədək Azərbaycanın sosial, iqtisadi inkişafında, və hərbi baxımından güclü dövlətə çevrilməsində müstəsna rol oynayıb. Məhz Ümumilli Liderin uzaqgörən siyasəti və güclü iradəsi nəticəsində qurulan partiya, Azərbaycanı ən parlaq günlərə və ən müqəddəs zəfərlərə daşımışdır. Bildirilib ki, bu gün ölkədə hökm sürən sabitlik, bütün sahələr üzrə sürətli inkişaf, əldə olunan saysız hesabsız naliyyətlər Yeni Azərbaycan Partiyasının uğurlu fəaliyyətinin nəticəsidir. Qələbələr partiyası olan Yeni Azərbaycan Partiyasının bundan sonrakı fəaliyyəltidə, yalnız xalqa ləyaqətlə xidmət etmək və dövlətçilik ən ənələrinə sadiq qalaraq yeni qələbələr qazanmaq olduğu diqqətə çatdırılıb.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz