/ / ARB 24 iki yaşını qeyd edib

ARB 24 iki yaşını qeyd edib

654 Baxış



Bu gün Azərbaycanda öz dəsti xəti ilə seçilən "ARB 24" telekanalının 2 yaşı tamam olur. "ARB 24" telekanalı 27 noyabrdan etibarən Azərbaycanın ilk biznes-xəbər kanalı kimi ümumrespublika yayımına başlayıb. Televiziya üçün 2 yaş az görsənsədə, lakin "ARB 24" telekanalı qısa müddət ərzində hazırladığı verlişlərlə tamaşaçıların rəğbətini qazanmağı bacarıb və ciddi auditoriya toplaya bilib. Ölkənin ilk biznes-xəbər kanalı olan "ARB 24" televiziyası, iqtisadiyyat və biznes sahəsində dünyada və ölkədə baş verən yenilikləri mütəmadi olaraq izləyicilərinə çatdırır. 24 saat yayım müddətinin hər saniyəsini, televiziya çalışanları,
öz tamaşaçılarına səmərəli xəbərlər və marifləndirici verlişlər təqdim etməyə xərcləyir. "ARB 24"telekanalı üçün əlamətdar olan bu günə Gəncə tv onlayn kanalının kollektividə qoşulub.
Azərbaycan teleməkanında xüsusi yerə malik olan "ARB 24" telekanalına, Gəncə tv olaraq bir daha uğurlar diləyirik və bundan sonrakı fəaliyyətində bütün əməkdaşlara müvəffəqiyyətlər arzulayırıq.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz