/ / Gənclər üçün yeni biznes imkanları

Gənclər üçün yeni biznes imkanları

596 Baxış



Gəncədə Gənc Sahibkarlara Dəstək adlı tədbir keçirilib. Youth İnc Proqramı çərçivəsində həyata keçirilən layihənin əsas məqsədi gənclər üçün yeni biznes imkanları yaradmaq və onlara dəstək olmaqdır. Azərbaycanda 2013-cü ildən uğurla həyata keçirilən Youth Inc. Gənclərin Sahibkarlıq Proqramı uzunmüddətli gənclər proqramıdır. Ölkədə Gənc Sahibkarlıq anlayışının inkişafı, gənclərin biznes haqqında məlumatının artırılması və gənclərə öz biznesini yaratmaqda dəstək olmaq məqsədi ilə həyata keçirilən proqram, gənc sahibkarlığı inkişaf etdirmək və dəstək vermək üçün effektiv platforma yaratmaqdan ibarətdir. Həmçinin gəncliyin sosial və iqtisadi problemlərini həll etmək, kiçik və orta sahibkarlığın formalaşdırılması və orta gəlirli sinfin gənc sahibkarlığa dəstək verməsini təmin etməkdir.
Gəncə Gənclər Evində baş tutan tədbirə Milli Məclisin Gəncədən olan deputatları, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi və fəal gənclər qatılıb. Tədbirdə çıxış edən millət vəkilləri və digər natiqlər, dövlətin bu istiqamətdə həyata keçirdi işlərdən, ölkədə iri və xırda sahibkarlığa göstərilən dövlət dəstəyindən danışıblar. Bir çox sahələr üzrə sahibkarlıq fəaliyyətinin inkişafı üçün güzəştlərin təyin olunması, subsidyaların ayrılması, eləcə də vergi azadetmələri və sərbəst biznes mühütinin yaradılması Azərbaycanı həm yerli həm də xarici investorlar üçün cəlbedici etdiyini diqqətə çatdırıblar. Daha sonra mövzu ətrafında diskusiyalar aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz