/ / Gəncənin 6 məktəbində ənənəvi təhsil bərpa olunub

Gəncənin 6 məktəbində ənənəvi təhsil bərpa olunub

395 Baxış



Gəncədə koronavirus infeksiyasının aşkarlanması səbəbindən distant təhsilə keçən 6 məktəbdə ənənəvi təhsil bərpa olunub. Müəllim və şagirdlər arasında infeksiyaya yoluxma halı aşkar edildiyindən 12, 26, və 31 nömrəli məktəblərdə martın 9-dan 14 günlük qapanma elan olunaraq ənənəvi təhsildən distant təhsilə keçmək zərurəti yaranmışdır. Karantin müddəti başa çatan, qeyd olunan təhsil müəsisələrində martın 29-dan etbarən şagirdlərə, dərsləri yenidən doğma məktəblərində tədris olunub . Bu gündən isə infeksiya səbəbindən qapanmaya gedən şəhərin 13,30 və 36 nömrəli məktəblərdə ənənəvi təhsil bərpa olunub. Qeyd edək ki, qapanma müddəti ərzində bütün təhsil ocaqlarında geniş dezinfeksiya işləri həyata keçirilib. Məlumat üçün bildirək ki, koronavirus infeksiyası aşkar edilən 13 nömrəli məktəbin direktoru xəstəlikdən dünyasını dəyişib.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz