/ / Gəncənin iki məktəbində koronavirus aşkarlanıb

Gəncənin iki məktəbində koronavirus aşkarlanıb

458 Baxış



Gəncənin iki məktəbində ənənəvi təhsil dayandırılıb. Səbəb, həmin məktəblərdəCOVİD-19 infeksiyasına yoluxmanın aşkarlanmasıdır. Gəncə şəhər 26 nömrəli məktəb-liseyin 2 müəlliminin və bir şagirdinin koronovirus infeksiyasına yoluxması, məktəbdə əyani təhsilin müvəqqəti dayandırılması və distant təhsilə keçməsi zərurəti yaradıb. Anoloji proses Gəncənin 12 nömrəli tam orta məktəbində də həyata keçirilib. Məktəbin müəllim və şagirdində, eləcə də texniki işçilərində COVİD 19 infeksiyasının aşkarlanması səbəbindən distan təhsilə keçmək qərarı alınıb. Qeyd edək ki, buna qədər şəhərin 37 nömrəli tam orta məktəbi koronavirus səbəbindən 14 gün distand təhsilə keçmişdi. Artıq həmin məktəbdə karantin müddəti bitdiyi üçün yenidən ənənəvi təhsilə başlanılıb. Məlumat üçün bildirək ki, hazırda Gəncənin 45 orta ümumtəhsil müəsisəsində 18 minə yaxın şagird təhsil alır.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz