/ / YAP Gəncə şəhər təşkilatının sədri partiya aktivinə təqdim olunub

YAP Gəncə şəhər təşkilatının sədri partiya aktivinə təqdim olunub

1 632 Baxış



Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri ərazi ilk partiya təşkilatlarının sədrlərinə və partiya aktivinə təqdim olunub.
Təqdimat Vətən uğrunda canından keçən şəhidlərimizin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Tədbirə zoomkonfrans vasitəsi ilə moderatorluq edən Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının məsul əməkdaşı Araz Xudadanov çıxış edərək fəaliyyətə başladığı ilk günlərdən “Yeni, müstəqil Azərbaycan uğrunda” çağırışını özünə deviz seçən hakim partiyanın Ulu Öndər Heydər Əliyevin apardığı müdrik, uzaqgörən, məqsədyönlü və dəqiq hədəflərə hesablanmış siyasəti nəticəsində xalqın etimadını doğrultmasından danışıb. Araz Xudadanov bildirib ki, müstəqilliyimizin əbədiliyə və dönməzliyə çevrilməsinə, dövlətimizin nüfuz və qüdrətinin yüksəlməsinə Yeni Azərbaycan Partiyası sanballı töhfələr verib. Bu gün Azərbaycan öz tarixinin ən qüdrətli dövlətinə çevrilib. Bütün bu nailiyyətlərdə Yeni Azərbaycan Partiyasının və onun üzvlərinin də danılmaz fəaliyyəti, zəhməti vardır.
YAP Mərkəzi Aparatının məsul əməkdaşı Araz Xudadanov YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucovu ərazi partiya təşkilatlarının sədrlərinə və yerli təşkilatın partiya aktivinə təqdim edib, onun fəaliyyəti haqqında ətraflı məlumat verib.
YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov çıxış edərək, ona göstərilən etimada görə partiya rəhbərliyinə təşəkkürünü bildirib və bu etimadı layiqincə doğruldacağını vurğulayıb.
Daha sonra Ramil Orucov çıxışında Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirən ölkə Prezidenti, Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin dövlətin və partiyanın inkişafı istiqamətində möhtəşəm uğurlara imza atmasından danışıb. Ramil Orucov bildirib ki, öz proqramında “Yeni, müstəqil Azərbaycan uğrunda!” çağırışını irəli sürən Yeni Azərbaycan Partiyasının xalqın birliyi hesabına tarixən qısa müddətdə həm müasir, hüquqi-demokratik dövlətin qurulmasında, həm də Azərbaycan xalqının seçdiyi və arzuladığı cəmiyyəti formalaşdırmaqda böyük rolu olub. Ötən 30 ilin ən böyük uğur və nailiyyəti Qarabağ münaqişəsinin qələbə ilə həlli, ərazi bütövlüyümüzün bərpası oldu.
AMEA Gəncə bölməsi ərazi ilk partiya təşkilatının sədri, Prezident mükafatçısı Elnur Həsənov, YAP Gəncə şəhər təşkiatının qocaman məsul işçisi Hüseyn Budaqov, Ərazi ilk partiya təşkilat sədrlərindən Azad Bayramov, Günay Nəsibova çıxış edərək, Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində həm YAP-ın, həm də dövlətimizin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirib, qarşıda duran vəzifələrdən söhbət açıblar. Çıxış edənlər YAP Gəncə şəhər təşkilatının yeni təyin edilən sədri Ramil Orucovun Gəncə şəhərinin ictimai siyasi həyatında hər zaman fəal olduğunu vurğulayıb, ona gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayıblar.
Sonda ərazi partiya təşkilatlarına tövsiyələr verilib, təşkilatının fəaliyyətində yaxından iştirak etməyə çağırılıb.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz