Gəncədə "2 fevral Azərbaycan Gəncləri Günü"nün təsis olunmasının 25 illiyi təntənə ilə qeyd olundu
ganjatv
03-02-2022 17:58
1 425 Baxış
Tədbirin açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlanıldı, daha sonra Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Açılış mərasimində Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev çıxış edərək "2 fevral Azərbaycan Gəncləri Günü"nün təsis edilməsinin 25 illiyi münasibətilə bütün gəncləri təbrik etdi və onlara uğurlar arzuladı.
Daha sonra çıxış edən Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov 2021-ci il ərzində Baş İdarənin gənclər sahəsində gördüyü işlər haqqında hesabat xarakterli çıxış etdi, il ərzində Baş İdarə tərəfindən keçirilən tədbirlər haqqında geniş məlumat verdi. 2021-ci il ərzində Gənclərlə iş sahəsi üzrə 91 tədbirin keçirildiyini və bu tədbirlərdə 5000-dən artıq gəncin iştirak etdiyini qeyd etdi. Çıxışının sonunda Baş İdarə rəisi gəncləri təbrik edərək, onlara gələcək işlərində müvəffəqiyyətlər arzuladı. Sonra Baş İdarənin gənclər sahəsi üzrə il ərzində həyata keçirdiyi tədbirlərin videoroliki təqdim olundu.
Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk və Gürcüstanın Gəncədəki Baş Konsulu Nikoloz İaşvili çıxış edərək, gəncləri təbrik etdi və onlara uğurlar arzuladı, gələcəyimizin gənclərin əlində olduğunu qeyd etdi.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən 2021-ci il ərzində şəhərin ictimai həyatında fəal iştirakına görə və "2 fevral Azərbaycan Gəncləri Günü"nün 25 illiyi münasibətilə bir sıra gənclər Fəxri Fərmanlarla və qiymətli hədiyyələrlə təltif olundu.
Gənclər adından çıxış edən Mobil Qarayev göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə öz minnətdarlığını bildirdi və özlərini bundan sonrada inkişaf etdirərək dövlətimiz üçün layiqli və lazımlı gənc olacaqlarını söylədi.
Daha sonra gənclər adından cənab Prezident İlham Əliyevə müraciət ünvanlandı.
Tədbirin sonunda tədbir iştirakçıları xatirə şəkli çəkdirdi.