/ / "GƏNCƏ İŞ ADAMLARI" İctimai Birliyinin təqdimat mərasimi keçirilib

"GƏNCƏ İŞ ADAMLARI" İctimai Birliyinin təqdimat mərasimi keçirilib

2 360 Baxış



Gəncə İş Adamları İctimai Birliyi yaradılıb. Məqsəd Gəncə-Daşkəsən iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarları vahid platformada birləşdirməklə bölgənin iqtisadi inkişafına, yerli və xarici investorların marağını artırmağa töhfə verməkdir.

Tədbirdə çıxış edən Gəncə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov bildirib ki, 44 günlük Zəfər Savaşından sonra biznesin Gəncəyə marağı daha da artıb, ilk 9 ayda şəhərdə 1500-dən artıq daimi iş yeri yaradılıb.
N.Bayramov bildirib ki, yeni yaradılan «GƏNCƏ İŞ ADAMLARI» İB iş adamlarına dəstək olmaqla bölgədə iqtisadi aktivliyə, investisiyaların artımına fayda verəcək.
«GƏNCƏ İŞ ADAMLARI» İB-nin sədri Zəfər Məmmədov qurumun aktiv fəaliyyət göstərdiyini bildirib. Gəncə icra hakimiyyətinin birliyə dəstək verdiyini xüsusi vurğulayan Birlik rəhbəri Gəncədə iqtisadi aktivliyin artması üçün sovet dövründən qalma köhnə müəssisələrin bazasında yeni istehsal sahələrinin yaradılmasını təklif edib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) idarə heyətinin sədrinin müavini Natiq Həsənov yeni birliyin yaradılmasını bölgədə sahibkarlığın inkişafı baxımından mühüm hadisə adlandıraraq birlik üzvlərini təbrik edib.

Təqdimat mərasiminə xarici investor kimi qatılan Yaponiyanın TET İnternational Development şirkətinin prezidenti Taro Sava iş adamlarına şirkətin fəaliyyəti və yerli biznes üçün əməkdaşlıq imkanları barədə məlumat verib, onları əməkdaşlığa çağırıb


Mərasimdə Gəncənin tarixi və iqtisadi imkanlarına, eləcə də «Gəncə İş Adamları» İB-nin fəaliyyəti ilə bağlı video çarxlar nümayiş etdirilib.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz