/ / Gəncədə "Zəfərdən sonra" layihəsinin açılış mərasimi keçirilib

Gəncədə "Zəfərdən sonra" layihəsinin açılış mərasimi keçirilib

1 877 Baxış



Gəncədə şəhid ailələri, xüsusi ilə də şəhid anaları, şəhidlərin həyat yoldaşları və övladlarına hüquqi, psixoloji, sosial dəstək göstərəcək layihə start götürüb.
Qeyri Hökumət Təşkilatlarına Dəstək Agentliyinin və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Regional Qadın Mərkəzinin təşkilatçılığı, Loqos Psixoloji və Nitq İnkişafı Mərkəzinin, Sosial Xidmətlər Agentliyinin, Vəkillər Kollegiyasının, Dövlət Məşğulluq Agentliyinin, Ramada Plazanın tərəfdaşlığı ilə Gəncədə "Zəfərdən Sonra" layihəsinin açılış mərasimi olub.
Layihənin məqsədi şəhid ailələri, şəhid anaları, şəhidlərin həyat yoldaşları və övladlarına hüquqi, psixoloji və sosial dəstək göstərməkdir.
Layihədə onların məşğulluq proqramlarına yönləndirilməsi və s. məsələlər də nəzərdə tutulub.
Qeyd edək ki, layihə çərçivəsində şəhid ailələri ilə birlikdə işğaldan azad olunmuş torpaqlara səfərlər ediləcək, şəhid övladları üçün düşərgələr də təşkil olunacaq.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz