/ / YAP Gəncə şəhər təşkilatı ağacəkmə aksiyası keçirib

YAP Gəncə şəhər təşkilatı ağacəkmə aksiyası keçirib

366 Baxış



Yeni Azərbaycan Partiyasının ildönümünü hər il təntənəli şəkildə qeyd edən YAP Gəncə şəhər təşkilatı bu il də ənənəsinə sadiq qalıb. Silsilə tədbirlərlə doğma partiyamızın yaranmasının 29-cu ildönümünü qeyd edən təşkilat ağacəkmə aksiyası da keçirib.
Təşkilatın partiya fəallarının, ilk partiya təşkilat sədrlərinin və gənclərin iştirak etdiyi aksiya çərçivəsində simvolik olaraq Gəncənin rəmzi sayılan 29 ədəd Xan çinarı əkilib, təmizlik-abadlıq işləri aparıb, ərazi alaq otlarından, daşlardan təmizlənib.
Ekoloji mühitin sağlamlaşdırılması məqsədilə keçirilən aksiyada partiya fəalları yeni əkilən ağacları suvarıb, əvvəllər basdırılan tinglərə aqrotexniki qaydada qulluq göstəriblər.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz