/ / Gəncədə Əhməd Cavadın barelyefinin açılış mərasimi keçirilib

Gəncədə Əhməd Cavadın barelyefinin açılış mərasimi keçirilib

468 Baxış



Bu gün Gəncə şəhər İcra Hakimiyyəti və Gəncə Regional Mədəniyyət İdarəsinin təşəbbüsü, Gəncə şəhər Nizami bələdiyyəsinin təşkilatçılığı ilə Gəncədə Azərbaycanın Dövlət Himninin sözlərinin müəllifi, böyük istiqlal şairimiz Əhməd Cavadın vaxtilə yaşadığı evin divarında barelyefinin açılış mərasimi keçirilib.

Tədbirdə dahi şairin nəticəsi, onun adını daşıyan Əhməd Axundzadə, Gəncə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Əhməd Cavad 1892-ci il mayın 5-də Gəncə qəzasının Şəmkir dairəsinin Seyfəli kəndində anadan olub. 14 yaşında olarkən anası ilə Gəncənin Zərrabi məhəlləsində, indiki Heydər Əliyev prospektində yerləşən həmin bu evə köçür və uzun illər burada yaşayıb, yaradıb:

Tədbirdə çıxış edənlər Əhməd Cavad yaradıcılığıda Gəncənin xüsusi rolu olduğunu vurğuladılar. O da qeyd olundu ki, dahi şairin Gəncəyə olan saf sevgisi və xüsusi münasibəti şeirlərindən açıq aşkar duyulurdu. Yazdığı ona yaxın şeirdə Gəncəyə xüsusi rəğbətini dilə gətirən Əhməd Cavad Gəncənin cənnətdən də gözəl olduğunu, adına dastanlar yazılmalı olduğunu vurğulayırdı. Cavad Axundzadə şairin barelyefinin yenidən, daha da gözəl formada hazırlanaraq yerinə qoyulmasına, belə bir yüksək səviyyədə tədbirin keçirilməsində zəhməti keçən hər kəsə öz minnətdarlığını bildirdi.
Sonda Əhməd Cavadın şerləri və onun sözlərinə bəslənən musiqilər səsləndirildi.

Gəncədə Əhməd Cavadın barelyefinin açılış mərasimi keçirilib

Gəncədə Əhməd Cavadın barelyefinin açılış mərasimi keçirilib

Gəncədə Əhməd Cavadın barelyefinin açılış mərasimi keçirilib

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz