/ / Gəncədə Zəfər Gününə həsr olunan “Qarabağ Azərbaycandır!” adlı fləşmob keçirilib

Gəncədə Zəfər Gününə həsr olunan “Qarabağ Azərbaycandır!” adlı fləşmob keçirilib

604 Baxış



Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə Gəncədə 8 Noyabr - Zəfər Gününə həsr olunan “Qarabağ Azərbaycandır!” adlı fləşmob keçirilib.
Heydər Əliyev meydanında baş tutan fləşmobda qazilər, universitet və kollec tələbələri, gənclər təşkilatlarının fəal üzvləri və Vətən Müharibəsi Əlillərinə kömək İctimai Birliyinin Gəncə regional mərkəzinin nümayəndələri iştirak ediblər. İki minə yaxın gənc Azərbaycanın xəritəsi və içərisində “Qarabağ Azərbaycandır!” yazısı olan canlı simvol yaradıb.
Qeyd edək ki, fləşmob Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi və YAP Gəncə şəhər təşkilatının təşkilatçılığı ilə reallaşıb.

Gəncədə Zəfər Gününə həsr olunan “Qarabağ Azərbaycandır!” adlı fləşmob keçirilib

Gəncədə Zəfər Gününə həsr olunan “Qarabağ Azərbaycandır!” adlı fləşmob keçirilib

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz