Gəncə sakinləri “Qarabağ xalçası” toxuyublar
ganjatv
05-10-2021 18:05
333 Baxış
Vətən müharibəsindəki Zəfərimizə həsr edilən “Qarabağ xalçası”-nı daşıyan səyyar avtomobil Gəncə şəhərində olub. Xalçaya ilmə vurmaq istəyən Gəncə sakinləri və Yeni Azərbaycan Partiyası fəalları səyyar maşına yaxınlaşaraq istəklərini reallaşdırıblar.
Üzərində Şanlı Qələbəmizi simvolizə edən Xarı Bülbül nişanəsi olan Qarabağ “Çələbi” xalçası 44 günlük Vətən müharibəsində hər bir vətəndaşımızın zəhmətinin, birlik və bərabərliyinin rəmzi olaraq hazırlanır. Qeyd edək ki, “Qarabağ ilmələrdə” sosial layihəsi Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin təşəbbüsü, Mədəniyyət Nazirliyi, “Azərxalça” və “Təmiz Şəhər” -in dəstəyi ilə həyata keçirilir. Qarşıdakı günlər ərzində dəzgah quraşdırılan avtomobil digər bölgələrimizdədə olacaq və vətəndaşımızın ilmə-ilmə toxuyacağı “Qarabağ xalçası” 8 noyabr-Zəfər Günü ictimaiyyətə təqdim olunacaq.