/ / Gəncə şəhərində "Ümumrespublika Xəmsə Festivalı"nın IX regional turu keçirildi

Gəncə şəhərində "Ümumrespublika Xəmsə Festivalı"nın IX regional turu keçirildi

363 Baxış



YAP Gənclər Birliyinin təşkilatçılığı ilə Gəncə Şəhər Heydər Əliyev Mərkəzində "Ümumrespublika Xəmsə Festivalı"nın IX mərhələsi keçirilib. Əvvəlcə layihə iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzdülər. Daha sonra canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu .

Milli Məclisin deputatı, YAP Gəncə Şəhər təşkilatı sədrinin səlahiyyətlərini icra edən Naqif Həmzəyev Prezident Ilham Əliyev tərəfindən 2021-ci ilin "Nizami Gəncəvi ili" elan edilməsinin önəminə toxunub, bildirib ki, bu müdrik addım gənc nəslin öz tarixi köklərinə bağlı şəkildə yetişməsinə müstəsna töhvələr verir. Bu istiqamətdə müxtəlif tədbirlər keçirilir ki, onlarında böyük əksəriyyətində gənclər yaxından iştirak edir və beləliklə gənc nəsilə Azərbaycan xalqının milli dəyərləri aşılanır. "Ümumrespublika Xəmsə Festivalı"nın həm IX regional həm də final turunun Gəncə şəhərində keçirilməsinin bölgədən olan gənclər üçün əlamətdar hadisə olduğunu diqqətə çatdıran Naqif Həmzəyev, bu təşəbbüsün gənclərin biliklərinin əyani şəkildə möhkəmlənməsində önəmli rol oynayacağını ifadə etdi.

Çıxış edən YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov məlumat verib ki, "Ümumrespublika Xəmsə Festivalı"nın Respublikanın bütün bölgələrini əhatə etməklə artıq IX regional turu keçirilir ki, bu mərhələdən sonra həmin turlarda qalib gəlmiş komandalar final mərhələsində birincilik uğrunda mübarizə aparacaqlar . Ümumilikdə 420 nəfər gənci əhatə edən layihə ölkəmizin müxtəlif bölgələrində intellektual potensiala malik olan gənclərin üzə çıxarılmasında önəmli əhəmiyyətə malikdir. YAP Gənclər Birliyi tərəfindən keçirilən layihələrin gənclər üçün faydalı olmasına xüsusi diqqət yetirildiyini nəzərə çatdıran Bəxtiyar İslamov, festivalın Gəncə şəhərini əhatə etməsinin də məhz simvolik əhəmiyyət daşıdığını qeyd etdi.

Gədəbəy, Naftalan, Qazax, Ağstafa, Kəlbəcər, Tovuz, Daşkəsən, Göygöl, Şəmkir, Samux və Gəncə bölgələrini təmsil edən Bitərəf və YAP üzvü gənclərdən formalaşmış komandaların iştirakı ilə keçirilən IX regional turun nəticəsində Qazax və Gəncə komandaları Final mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, layihənin final turu oktyabr ayında Gəncə şəhərində keçiriləcək.

Gəncə şəhərində "Ümumrespublika Xəmsə Festivalı"nın IX regional turu keçirildi

Gəncə şəhərində "Ümumrespublika Xəmsə Festivalı"nın IX regional turu keçirildi

Gəncə şəhərində "Ümumrespublika Xəmsə Festivalı"nın IX regional turu keçirildi

Gəncə şəhərində "Ümumrespublika Xəmsə Festivalı"nın IX regional turu keçirildi

Gəncə şəhərində "Ümumrespublika Xəmsə Festivalı"nın IX regional turu keçirildi

Gəncə şəhərində "Ümumrespublika Xəmsə Festivalı"nın IX regional turu keçirildi

Gəncə şəhərində "Ümumrespublika Xəmsə Festivalı"nın IX regional turu keçirildi

Gəncə şəhərində "Ümumrespublika Xəmsə Festivalı"nın IX regional turu keçirildi

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz