Bu gündən Azərbaycanda məktəblər açılır
ganjatv
22-09-2021 12:15
259 Baxış
2021-2022-ci dərs ilində ölkənin bütün təhsil müəssisələrində tədris ənənəvi şəkildə mərhələli təşkil olunacaq.
Belə ki,ümumi təhsil müəssisələrinin I-IV sinifləri 22 sentyabr 2021-ci il tarixindən ənənəvi şəkildə tədrisə başlayacaq.
Sentyabrın 29-dan isə ümumi təhsil müəssisələrinin bütün sinifləri üzrə, eləcə də məktəbdənkənar, peşə, orta ixtisas və ali təhsil müəssisələrində ənənəvi şəkildə tədrisə başlanılacaq.
Gəncə şəhərindədə bütün məktəblər bugündən etibarən ənənəvi şəkildə şagirdlərin ixtiyarına verildi. Pandik qaydalara uyğun olaraq şagirdlər yoxlandıqdan sonra siniflərə buraxıldı.