/ / Gəncədə ənənəvi "sentyabr konfransı" keçirilib

Gəncədə ənənəvi "sentyabr konfransı" keçirilib

373 Baxış



Gəncədə 2020-2021-ci dərs ilinin yekunları və yeni tədris ilində qarşıda duran vəzifələrə həsr edilmiş ənənəvi sentyabr konfransı keçirilib.
Konfransdan öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilərək önünə gül dəstələri qoyuldu.
Gəncə, Naftalan şəhərlərinin, Göygöl, Samux, Goranboy, Kəlbəcər, Xocalı rayonlarının təhsil işçilərinin də iştirak etdiyi tədbirdə 2020-2021-ci tədris ilinin pedoqoji fəaliyyətini əks etdirən hesabatla çıxış edilib.
Təhsil nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov təhsil işçilərinə ümumi təhsilin prioritet istiqamətlərini diqqətə çatdırdı. Sertifikasiya, təhsilin idarə olunması və digər məsələlər barədə ətraflı məlumatla çıxış etdi. Yeni dərs ilində qarşıda duran əsas hədəflərə toxundu.
Vətən müharibəsi iştirakçısı Gəncə şəhər 3-nömrəli tam orta məktəbin müəllimi Təbriz Nurəddinli müəllim adını dahada yüksəklərə qaldıran şəhid müəllimlərimizdən söz açdı.

Sonda konfransın qərar layihəsi hazırlandı.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz