Azərbaycanda Rus İcması Gəncədə şagirdlərə məktəb ləvazimatları paylayıb
ganjatv
06-09-2021 17:40
380 Baxış
Azərbaycanda Rus İcmasının sədri Zabelin Mixail Yuryeviçin təşəbbüsü Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Gəncədə 2021-2022-ci dərs ilində birinci sinifə gedəcək şagirdlərə məktəb ləvazimatları təqdim olunub.
Heydər Əliyev Park-Kompleksinin girişində yerləşən Zəfər tağı memarlıq abidəsinin önündə keçirilən tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü, Azərbaycanda Rus İcmasının sədri Zabelin Mixail Yuryeviç, Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin rəhbəri İrek Zinnurov, Milli Məclisin deputatı Naqif Həmzəyev və digər rəsmilər iştirak ediblər.
Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü, Azərbaycanda Rus İcmasının sədri Zabelin Mixail Yuryeviç jurnalistlərə müsahibəsində bildirib ki, məktəblilərə göstərilən diqqət və qayğı davam etdiriləcək.
Sonra şagirdlərə məktəb ləvazimatları paylanılıb. Tədbir konsert proqramı ilə davam etdirilib.