/ / Gəncə gəncləri ölkəmizin qədim tarixi və zəngin mədəniyyəti ilə yaxından  tanış olurlar

Gəncə gəncləri ölkəmizin qədim tarixi və zəngin mədəniyyəti ilə yaxından  tanış olurlar

417 Baxış

Gəncə şəhər İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının təşkilatçılığı ilə “Yerində tarix” adlı ekotur həyata keçirilib.

YAP fəallarından, Gəncə şəhərinin ali və orta ixtisas məktəblərinin tələbələrindən ibarət ekoturçular dahi Nizami yurdunun tarixini yerində varaqlayıb, Gəncənin qədim tarixini özündə əks etdirən maddi-mədəniyyət abidələri ilə yaxından tanış olub, ekoloji bilik və bacarıqlarını inkişaf etdirib, asudə vaxtdan səmərəli istifadə ediblər.
YAP Gəncə şəhər Təşkilatının Aparat rəhbəri sədri, Orxan Əhmədov bildirib ki, eko turun keçirilməsində əsas məqsəd gənclərin asudə vaxtının səmərəli təşkil etmək, onların ekoloji bilik və bacarıqlarını inkişaf etdirməklə yanaşı Gəncənin qədim tarixini özündə əks etdirən maddi-mədəniyyət abidələri ilə yaxından tanış etməkdir.
Təlimçilər qardaş Türkiyə dövlətindən olan Fırat Universitetinin İnformasiya Komunikasiya Texnologiyaları şöbəsinin müdiri Atilla Bingöl,  AMEA Gəncə bölməsinin tədqiqatçı-alimi Elnur Həsənov dolğun, məzmunlu təlimləri ilə gənclərin diqqətini cəlb edib, günümüzədək qorunan milli-mədəniyyət abidələri haqqında ekotur iştirakçılarına ətraflı məlumat veriblər. Həmçinin, tarixi bilgilərin paylaşılması zamanı sosial şəbəkələrdə şəxsi kiber təhlükəsizliyə riayət edilməsi, maddi-mədəni irsə dair məlumatların internet resurslarında araşdırılmasının müasir üsullarına dair məlumatlardan bəhs edilmişdir.
Ölkəmizin qədim tarixinin, zəngin mədəniyyətinin yaxından öyrənilməsində, nəzəri biliklərin daha da zənginləşdirilməsində, həmçinin gənclər arasında sıx əlaqə və səmimi münasibətlərin yaranmasında mühüm əhəmiyyət daşıyan belə layihələrin uğurlarından danışılıb. Gənclərə dünyagörüşünün, bilik səviyyələrinin daha da genişləndirilməsi üçün məsləhət və tövsiyələr verilib.
Gənclər açıq havada idman oyunları təşkil edib, müxtəlif intellektual yarışlar keçirib, birlikdə əylənib, ölkəmizin füsünkar təbiəti, dağ yolları, meşəsi ilə tanış olub, maraqlı anlar yaşayıblar.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz