/ / YAP Gəncə şəhər Təşkilatında Milli Qurtuluş Gününə həsr olunan konfrans keçirilib

YAP Gəncə şəhər Təşkilatında Milli Qurtuluş Gününə həsr olunan konfrans keçirilib

433 Baxış



Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatında, 15 iyun Milli Qurtuluş Gününə həsr olunan konfrans keçirilib. Konfransı giriş sözü ilə açan YAP Gəncə şəhər Təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev xalqımızın tarixinə qızıl hərflərlə yazılan Milli Qurtuluşun ictimai,siyasi və tarixi əhəmiyyətindən danışıb. Qeyd edib ki, 1991-ci ildə SSRİ dağılandan sonra Azərbaycan müstəqillik qazansa da, erməni təcavüzü, iqtisadi böhran və o zaman iqtidarda olan qeyri-peşəkar insanların yarıtmaz idarəçiliyi, müstəqilliyimizin itirilməsi təhlükəsi yaratmışdır. Və xalq bu təhlükəni hiss edərək öz xilaskarına Heydər Əliyevə üz tutdu. Xalqın təkidi ilə Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıdaraq Azərbaycanı böyük bəladan xilas etdiyini bildirib. Konfransada iştirak edən digər natiqlər, ziyalılar, tarixçilər və partiya fəlları, eləcə də konfransa onlayn qoşulan yüzlərlə gənc və siyasi həmfikirlər, Milli Qurtuluş Gününün Azərbaycanın varlığındakı əhəmiyyətindən söz açaraq, məhz Heydər Əliyev dühasının, onun uzaqgörənliyinin sayəsində, dağılmaq dəhlükəsi olan bir dövləti möhkəmləndirmək inkişaf etdirmək, həm siyasi, həm iqtisadi baxımdan regionun söz sahibi olan dövlətlərindən birinə çevirməyin mümkün ola biləcəyini bildiriblər. Qeyd edək ki 1993-cü il iyunun 9-da xalqın təkidi ilə Bakıya gələn Ulu Öndər Heydər Əliyev iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilir. Bununlada Azərbaycanda 15 iyun tarixi Milli Qurtuluş Günü kimi qeyd edilir.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz