/ / Latviya Seyminin üzvü, Gəncədə törədilən erməni terrorunu kəskin şəkildə qınayıb

Latviya Seyminin üzvü, Gəncədə törədilən erməni terrorunu kəskin şəkildə qınayıb

443 Baxış



Gəncəyə səfərə gələn, Latviya Respublikası Seyminin Azərbaycan parlamenti ilə əməkdaşlığı təşviq edən qrupun rəhbəri Roman Naudinş, 44 günlük Vətən müharibəsi zamanı, erməni ordusunun, Gəncənin ballistik raketlə vurduğu ərazilərini ziyarət edib. Dağıdılan əraziləri öz gözləri ilə görən Roman Naudinş mənzərənin qorxunc və dəhşətli olduğunu bildirib. O, qeyd edib ki bu əsl hərbi cinayətdir və bu cinayəti törədənlər mütləq şəkildə cəzalandırılmalıdır. Roman Naudinş həmçinin bildirib ki, dünya ictimaiyyəti Ermənistanın siyasi rəhbərliyinə çox ciddi siyasi təzyiq göstərməlidir. Gəncədə və müharibə zonasından kənarda yerləşən digər yerlərdə, dinc əhaliyə qarşı törədilən terror aktına görə ermənistan tərəfi beynəlxalq məhkəmədə cavab verməlidir. Qeyd edib ki, Azərbaycan öz tarixi torpaqlarını azad edib və bu prosesdə bütün beynəlxalq hüquq azərbaycan tərəfindədir. Biz regionda davamlı sülhün bərqərar olmasını istəyirik və ümid edirəm ki, bu tez bir zamanda bərqərar olacaq. R. Naudinş Azərbaycan-Latviya dostluq qrupunun rəhbəri Kamran Bayramovla Vətən müharibsində həlak olanların ailə üzvlərinin Latviyaya dəvət edilməsi barədə razılığa gəldiklərini də nəzərə çatdırıb

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz