/ / Kitablar haqqında

Kitablar haqqında

392 Baxış



Viktor Hüqonun belə bir fikri var. Kitabı müəllif , onun aqibətini isə cəmiyyət yaradır. Kitab cəmiyyətin, şəxsiyyətin fotmalaşmasında mühim rol oynayan əsas amillərdən biridir. Sevindirici haldır ki, bu gün ölkəmizdə kitabxanalara,kitab mağazalarına üz tutan oxuyucumuz çoxdur. Bəs maraqlıdır azərbaycan oxuyucusu hansı janrda olan kitablara üstünlük verir. Kitab oxumağın ən gözəl üsulu ayaq üstə oxumaqdır. Tibb mütəxəssislərinin əksəriyyəti məhz bu cür düşünür.Bu üsul şuxluğunuzu, görmə qabilliyətinizi və ümumi sağlamlığınızı qorumağa kömək edəcək. Bu vəziyyət oksigenin bədənə lazımi miqdarda daxil olmasına imkan verir. Həkimlər qeyd edir ki, kitabı gözlərdən 30- 40 sm məsafədə saxlamaq lazımdır. Müəyyən vaxtda kiçik fasilələr edib həmçinin bir neçə fiziki hərəkət etməyiniz pis olmazdı. Gəlin etiraf edək ki, kitab sevərlərin böyük əksəriyyəti kitabı uzanaraq oxumağı sevir. İlk baxışda rahat görünən bu mövqe insan orqanizmi üçün çox zərərlidir. Üzə və qarnı üstə uzandıqda sizin döş qəfəsiniz təziq altında olur. Bu oksigenin ag ciyərə daxil olmasına mane olur və sevimli qəhrəmanlarla birlikdə olmaq əvəzinə siz yuxuya gedirsiniz.
Ağıllı olmaq üçün 10 kitab oxumaq kifayət edər.Lakin o 10 kitabı tapmaq üçün yüzlərlə kitab oxumaq lazımdır. Məşhur filosof Sokrata görə, mütaliə cəmiyyətin gündəlik vərdişinə çevrilərsə həmin cəmiyyət xoşbəxt olar. Ona gərə də biz mütaliəni sevməli təkcə sevməli deyil ona vərdiş etməliyik. Bu səbəbdən gəlin oxuyaq. Dünyamızı ,tariximizi özümüz kəşf edək. Hər kitab özü bir xəzinə olmaqla yanaşı həm də neçə-neçə başqa xəzinələrə açardır. Nəqədər çox kitab oxusan özün olarsan .

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz