/ / Detoks nədir və necə edilməlidir?

Detoks nədir və necə edilməlidir?

400 Baxış



Zərərli toksinlər necə yaranır? Bu suala cavab tapmaq üçün kiçik bir araşdırma etdik. Əldə etdiyimiz məlumata görə, toksinlər qismən xaricdən alınır, bir qismi də orqanizmdə yaranır. Müasir elmdə "sərbəst radikallar" adlandırılan bu zəhərli maddələr, təbiətdəki çirklənmə nəticəsində tənəffüs yolu, qida və içkilər vasitəsi ilə orqanizmə daxil olur. Bundan başqa, yanlış qidalanma və həzm sisteminin zəifləməsi nəticəsində orqanizmdə yaranırlar.Detoks isə orqanizmi yalnız zərərli artıqlardan təmizləmir, həm də qocalmağa və xəstəliyə yol açan toksinlərdən azad edir.
Biz istəsək də, istəməsək də orqanizmimizdə zərərli maddələr, yəni toksinlər toplanır. Son zamanlar əksəriyyətin şikayət etdiyi xroniki yorğunluq, cansız saçlar və solğun dərinin səbəbi də məhz bu toksinlərlə əlaqələndirilir. Belə olan halda isə insanlar vaxt aşırı bir neçə tipli detoksa müraciət etməyə ehtiyac duyurlar.Detoks ehtiyacı insana və sağlamlıq vəziyyətinə görə dəyişir. Mütəxəssislərin sözlərinə görə, mövsüm dəyişikliklərində detoks etmək bədənimiz üçün faydalı ola bilər. Odur ki, hər mövsüm detoksa icazə verilir.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz