/ / Millət vəkili seçiciləri ilə görüşüb

Millət vəkili seçiciləri ilə görüşüb

465 Baxış



Milli Məclisin deputatı Müşfiq Cəfərov növbəti dəfə seçiciləri ilə bir araya gəlib. Budəfəki görüşdə millət vəkili qəbula gələn vətəndaşları, qazi və şəhid ailələrini ayrı-ayrılıqda qəbul edərək, onları narahat edən məsələləri dinləyərək, yaxından tanış olub. Vətəndaşlar əsasən sosial şəratin yaxşılaşdırılması, tibbi ehtiyaclarının təmin edilməsi və işlə təminat kimi məsələlərlə müraciət ediblər.

Səsləndirilən bəzi müraciətlərin araşdırılması və tez bir zamanda həll olunması üçün, qeydlər götürülərək, bununla bağlı aidiyyatı qurumlara məlumat veriləcəyi diqqətə çatdırılıb.Şəhid ailələri və qazilərin qayğıları ilə ətraflı maraqlanan Müşfiq Cəfərov onları narahat edən problemlərin və qayğıların aradan qaldırılması üçün hər zaman hazır olduqlarını ifadə edib. Səmimi qəbul vətəndaşlar tərəfindən müsbət qarşılanıb.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz