/ / Gülüş haqqında maraqlı məlumat

Gülüş haqqında maraqlı məlumat

24 Baxış



Gülüş yəni təbəssüm bizim həyatımızda olduqca böyük rol oynayır,ürək açıqlığını,emosiyaların saflığını heç nə gülüş kimi aydın təzahür etdirmir. Ürəkdən gələn gülüş böyük müalicə vasitəsidir. Gülüş insanı psixoloji gərginlikdən və stresdən azad edir. Araşdırmalar göstərir ki, təbəssüm ürək-damar və nəfəsalma sistemi xəstəliklərinin riskini azaldır. Yaxşı yumor hissi olan insanlar stres, depressiya və nevroloji pozulmalardan daha az əziyyət çəkir.

ABŞ-ın Miçiqan ştatının Ueyn Universitetinin alimləri maraqlı bir fakt aşkar ediblər. Belə ki, araşdırmalar nəticəsində məlum olub ki, şən və təbəssümlü insanlar daha çox yaşayırlar. Hesablamalar isə göstərir ki, təbəssüm insan ömrünü orta hesabla 7 ilədək uzadır.Həmçinin daim gülən insan orqanizmində, immun sistemi stimullaşır, qanda xolesterinin miqdarı tənzimlənir və ən əsası qan təzyiqi normada qalır. Maraqlı faktlardan biri də odur ki, insanın üzündə adi bir təbəssüm üçün 17 əzələ istifadə olunur. Qaşqabaqlı olanda isə 43 əzələ istifadə edilir. Dünyada ən gülərüz insanlar Kubada və Braziliyada ən qaşqabaqlı insanlar isə Skandinaviya ölkələrində yaşayırlar. Belə bu günlük bu qədər. Siz gülüş və təbəssüm haqqında maraqlı faktları öyrəndiniz. Odur ki, çalışın daha çox gülümsəyin.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz