Gəncədə peyvənd olunanların gündəlik sayı 500-dən çoxdur
ganjatv
05-04-2021 13:46
21 Baxış
Covid-19 infeksiyasına qarşı bu günədək Gəncədə 25min 164 nəfər peyvənd olunub. Yanvarın 20-dən etibarən start verilən vaksinasiya prosesində ilkin olaraq 65 yaşdan yuxarı vətəndaşlar peyvəndə cəlb olunsada hazırda 40 yaşdan yuxarı hər bir şəxs könüllü peyvənd oluna bilər. 2-si özəl xəstəxana, 4-ü dövlət poliklinikası olmaqla 6 məntəqədə həyata keçirilən vaksinasiyada gündəlik olaraq, 400-700 arası vətəndaş peyvənd olunur. Bu məqsədlə səhiyyə nazirliyi tərəfindən həftəlik olaraq 6 min dozadan çox vaksin göndərilir. Indiyədək, Gəncəyə ümumilikdə 34 min Çin istehsalı olan Sinovac vaksini gətirilib ki, bunlardan da 25min 164-ü istifadə olunub, 8836 doza vaksin isə depolarda mühafizə olunur.