/ / Aprelin 5-dən Gəncədə dərslər onlayn tədris olunacaq

Aprelin 5-dən Gəncədə dərslər onlayn tədris olunacaq

434 Baxış



Ölkədə koronavirusa yoluxmada müşahidə olunan kəskin artım, xüsusəndə bu yoluxmaların 80 %-dən çoxu iri şəhərlərin payına düşdüyündən aprelin 5-dən etibarən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant formada təşkili nəzərə alınıb. Yoluxmadakı artımın yüksək faizi əsasən qeyd olunan bölgələrdə müşahidə olunduğundan hələlik distant təhsil yalnız bu regionlarda tətbiq olunacaq. Digər şəhər və rayonlarda isə karantin qaydalarına ciddi əməl olunmaqla ənənəvi tədris davam etdiriləcək. Distant təhsilə keçidlə bağlı Gəncə şəhər təhsil idarəsi lazımı hazırlıq işlərini həyata keçirib
Məlumat üçün bildirək ki, ayrı-ayrı vaxtlarda Gəncənin 10-na yaxın məktəbində, şagird və müəllimlər arasında virusa rast gəlinib və həmin məktəblərdə 14 günlük karantin tətbiq olunaraq distant təhsilə keçilmişdir. Qeyd edək ki, ölkə üzrə Covid-19 əleyhinə peyvəndləməyə müəllimlərdə cəlb olunub və bu proses hələdə davam etdirilir.
Distant təhsil müddətində dərslərin keçirilməsi və şagirdlərin dərslərdə iştirakına ciddi nəzarət olunacaq.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz