/ / Gün eynəyi alarkən hansı məqamlara diqqət etmək vacibdir?

Gün eynəyi alarkən hansı məqamlara diqqət etmək vacibdir?

475 Baxış



Artıq yayın gəlişinə bir neçə ay qalıb. Buna baxmayaraq isə gün eynəklərinə tələbat artmağa başlayıb. Böyükdən kiçiyə hər kəs gözlərini günəşin zərərli şüasından qorumaq üçün gün eynəyi taxır. Telefon alarkən marka və bahalı olmasına üstünlük verdiyimiz halda, gün eynəyi seçərkən cibimizi düşünür, ucuzuna qaçırıq. Eynək üzümüzə yaraşdısa, vəssalam, alırıq. Bəs, taxdığımız bu eynəklər gözlərimizi həqiqətən də günəşin zərərli şüasından qoruyurmu? Keyfiyyətli gün eynəyi necə olmalıdır və eynək seçərkən nəyə fikir vermək lazımdır?
Bəzən insanlar məhsulun qiyməti bahadırsa, həmin məhsulu keyfiyyətli hesab edirlər. Lakin bu məsələ gün eynəklərinə aid deyil. Gün eynəyi seçərkən üz anatomiyasına uyğun, üzə yaxşı oturan, qulaqlara və buruna təzyiq etməyən, ultrabənövşəyi şüaları keçirməyən eynək seçmək lazımdır. Gəncə Beynəlxalq Xəstəxanasının Oftalmoloqu Fuad Hidayətovun sözlərinə görə, gün eynəyi alarkən bir qədər diqqətli olmaq lazımdır.
Eynəyin keyfiyyətini yoxlamaq üçün onu gözünüzə taxdıqdan sonra şaquli bir xətt üzrə baxmaq lazımdır. Bu vəziyyətdə eynəyi yuxarı-aşağı və sağa-sola hərəkət etdirdiyinizdə baxdığınız şaquli xətdə oynama və ya qırılmalar yaranırsa, eynək keyfiyyətsiz eynəkdir. Bəzən insanların çoxu eynək seçərkən tünd rənglərin daha çox keyfiyyətli olduğunu və ultrabənövşəyi şüaları buraxmadığını düşünür. Lakin bu səhv fikirdir. Şüşə rəngi ilə ultrabənövşəyi şüalardan qorunma arasında heç bir əlaqə yoxdur. Hər tünd rəng şüadan qorumur.Günümüzdə belə bir fikir formalaşıb ki , Çin istehsalı olan eynəklər keyfiyyətsiz məhsullardır. Lakin bu belə deyil. Məsələ eynəyin bahalı olması deyil. Keyfiyyəti və hansı materialdan hazırlanmmasıdır. Bunun üçün eynək alarkən bir qədər məlumatlı olub seçim etmək lazımdır.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz