/ / Gəncədə Xocalı soyqırımının anım günü ilə bağlı ağacəkmə aksiyası keçirilib

Gəncədə Xocalı soyqırımının anım günü ilə bağlı ağacəkmə aksiyası keçirilib

298 Baxış



Gəncədə, Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar, şəhərin Heydər Əliyev parkında kütləvi ağacəkmə aksiyası keçirilib. Tədbirdə şəhər rəhbərliyi, idarə və müəsisələr, ali təhsil müəsisələrinin kollektivləri və çoxsayda şəhər sakini iştirak edib. Aksiya çərçivəsində parkın ərazisinə iki mindən çox müxtəlif növ meyvə ağacları əkilib. Qeyd edək ki, 1992- ci ilin 26 fevralında ermənilər tərəfindən Xocalıda törədilən soyqırım aktı 20- ci əsrin və ümumilikdə bəşər tarixinin ən amansız və qanlı faciələrindən hesab olunur. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106- sı qadın, 70-i ahıl olmaqla 613 sakin qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. 76-sı uşaq olmaqla 487 nəfər güllə yarası alıb, 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz