/ / Nəm salfet istifadə edənlərə həkim xəbərdarlığı

Nəm salfet istifadə edənlərə həkim xəbərdarlığı

507 Baxış


Gündəlik yaşam zamanı məişətdə, işdə, məktəbdə, yolda - demək olar ki, hər yerdə ən geniş şəkildə istifadə etdiyimiz təmizləyici vasitə nəm salfetlərdir. Gözəl qoxuya sahib olan bu salfetləri alır, ondan evin, kompüterlərin, iş masalarının tozunun alınmasında, yeməkdən sonra əllərimizin silinməsində, ən çox da uşaqların təmizliyində istifadə edirik. Müxtəlif dizaynlı olan bu salfetlərə tələbat o qədər artıb ki, istehsalçı firmalar bunu növlərə ayırmağa başlayır.Məsələn körpə salfeti, gündəlik alkoqollu salfet, alkoqolsuz salfet, qoxulu, sərinləşdirici, əsəb sakitləşdirici və s. Təmizlik, xüsusən mikroblardan qorunmaq üçün istifadəsinin vacibliyini qeyd edən firmalar bu salfetlərin heç bir əks təsirindən isə söz açmır. Halbuki, böyükdən kiçiyə hər kəs üçün bu salfetlər olduqca təhlükəlidir.
Apardığımız sorğu zamanı məlum oldu ki, insanlar nəm salfetlərdən istifadə etsələr də, onun gigiyenik tərəfinə o qədər də əhəmiyyət vermirlər. Lakin, ən yüngül halda ağır dəri allergiyası yarada bilən bu salfetlərin tərkibində olan kimyəvi maddələr dəri xərçənginə qədər apara bilər.
Gəncə Beynəlxalq Xəstəxanasının Pediatr-Allerqoloqu Elvira Qapaqovanın sözlərinə görə, üzdə dəri problemlərindən əziyyət çəkənlərin 90%-i nəm salfet ilə üzlərini silirlər. Körpələrin dəri bişməcəsindən əziyyət çəkməsinin ilkin səbəbi də elə bu nəm salfetlərdir. İstər böyüklər, istərsə də uşaqlar üçün istehsal olunan nəm salfetlər olduqca çox kimyəvi maddə saxlayırlar.
Apardığımız kiçik araşdırmadan da məlum oldu ki, bu cür kimyəvi tərkibli vasitələrdən istifadə dəriyə çox zərərlidir. Mütəxəssislər də məsləhət görür ki, bu cür ətirli, yumşaq, bahalı, qeyri-təbii vasitələrdən istifadə etməkdənsə paklığın, saflığın özü olan sudan yararlanaraq, sağlamlığınıza zərər vurmayasınız.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz