/ / Ödənişsiz dil kursları uğurla davam etdirilir

Ödənişsiz dil kursları uğurla davam etdirilir

31 Baxış



Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının təşəbbüsü ilə yaradılan ödənişiz xarici dil kursları uğurla davam etdirilir. Rus və ingilis dilləri üzrə tədris aparılan kurslar 5 ildən artıqdır ki, davam edir. YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin nəzdində fəaliyyət göstərən Təlim və Resurs Mərkəzində təşkil olunan kurslarda, məqsəd gənclər arasında dil biliklərinin inkişafına yardım etmək və onların dünya görüşünü artırmaqdır. Rus və ingilis dilləri üzrə keçirilən kurslara hər kəsin qatılmaq imkanı var. Xarici dil bilikləri baxımından möhkəm söz bazasına, qrammatika, danışıq, dinləmə, eşitmə və yazı qabiliyyətinə yiyələnmək istəyən hər bir gənc üçün olduqca böyük fürsət olan dil kursları, təcrübəli müəllimlər tərəfindən tədris olunur. Ödənişsiz dərslərə qatılmaq istəyən tələbə və gənclər ekranda göstərilən elektron poçt ünvanı və əlaqə nömrəsi ilə qeydiyyatdan keçə bilərlər. Pandemiya ilə əlaqədar dərslər həftədə 3 dəfə olmaqla “Zoom” proqramı vasitəsi ilə onlayn keçirilir. Kursu uğurla bitirən tələbələrə sertifikat verilir.

genceyapgb@gmail.com
+994552417611

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz