/ / "Google" təhlükəsizlik boşluğu aşkarlayanlara pul təklif edir

"Google" təhlükəsizlik boşluğu aşkarlayanlara pul təklif edir

403 Baxış



Android və Chrome kimi xidmətlərdə təhlükəsizlik boşluğu tapanlara hər il milyonlarla dollar ödəyən Google 2020-ci illə bağlı bəzi statistikaları açıqlayıb. Şirkət keçən il məhsullarında qüsurları aşkarlayan insanlara 6,7 ​​milyon dollar ödədiyini açıqlayıb.
Verilən açıqlamaya görə, sözügedən məbləğ 62 ölkədən 662 təhlükəsizlik araşdırmaçısına təqdim edilib. Bu, Google-un bu günə qədər təhlükəsizlik tədqiqatçılarına verdiyi ən böyük pul mükafatıdır. Bununla indiyə qədər verilən mükafatların ümumi məbləği 21 milyon dollara çatıb.

Google-un, həmçinin rəqəmsal təhlükəsizlik sahəsində layihələrin maliyyələşdirilməsi üçün qrant proqramı çərçivəsində tədqiqatçılara 400 min dollardan çox pul ödədiyi vurğulanıb.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz