/ / Gəncənin qeyri-adi “Çaynikli evi”

Gəncənin qeyri-adi “Çaynikli evi”

526 Baxış



Evin divarlarının fasadı çayniklər və digər çini qablarla hörülüb. Təbii ki, hər bir insana maraqlı gəlir ki, bu qədər çaynik necə əldə olunub? Bu qədər çayniki əldə etməyə ya çoxlu, vaxt ya da vəsait lazımdır.
Ka.M: Araşdırmamız zamanı məlum oldu ki, Sovet dövründə, 1970-80-ci illərdə bu evi tikdirən şəxs uzun müddət Gəncə Çini Qablar Zavodunda çalışıb və orada illər ərzində istehsalat texniki nəzarəti şöbəsinin yararsız olan məhsullarını evinə gətirərək toplayıb, ondan hörgülərin üz tərəfində istifadə edib. Çayniklə yanaşı kasa, gülab qabı, boşqab, güldan, duz qabları və digər çini qablardan istifadə edilərək tikilən bu evin inşası heç də asan olmayıb. Belə ki, qablar xüsusi nizamla düzülərək içlərinə sementlə qum qarışığı əlavə edilib ki, qablar ağırlıqdan sınmasın.Evin ərsəyə gəlməsində 5 minə yaxın çaynikdən istifadə olunub. Çayniklər eləcə də digər qablar sanki divarlara milli kolorit verib. Lakin təəssüf hissi ilə bildirirəm ki, zamanın axarı da öz işini görüb və bu unikal qabların bir hissəsi demək olar ki baxımsızlıqdan yararsız vəziyyətə gəlib və bir çoxu sınıb.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz