/ / "Xarıbülbül Qarabağ Təndiri" Gəncədə

"Xarıbülbül Qarabağ Təndiri" Gəncədə

549 Baxış



Burada təndir çörəyini hazırlayan Natiqə Quliyeva ilə həmsöhbət oldum. Onunla söhbətimizi elə təndir başında, təzə çörəyin ətrafa yayılan ətrinin təsiri altında qurduq.Natiqə xanım dedi ki, adətən, əl ilə kündəni yayıb lazımi formaya salır, üzünə küncüd, ayran, yumurta , qatıq və ya süd vuraraq təndirə yapırlar. Sonda isə təndir çörəyinin üzərinə Xarıbülbül loqosu vururlar.
Burada ən diqqət çəkən məqam isə məkanın daxilində milli adət ənənəmizi əks etdirən musiqi alətləri, qədim suvenirlər və tarixi xalçalar oldu. Məkan sahibinin sözlərinə görə, çörəyi təndirdə bişirmək qədim adət-ənənələrimizdəndir. İndiki dövrdə çörəkbişirmə sahəsində müxtəlif texnologiyalardan istifadə olunsa da, əcdadlarımızdan qalan təndirə çörək yapmaq ənənəsi bu gün də yaşamaqdadır.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz