/ / Şurnuxu kəndinin sakinləri tərk etdikləri evləri yandırırlar

Şurnuxu kəndinin sakinləri tərk etdikləri evləri yandırırlar

573 Baxış



Şurnuxu kəndinin sakinləri tərk etdikləri evləri yandırırlar
Ermənistanın Sünik bölgəsindəki Şurnuxu kəndinin sakinləri, kəndin Azərbaycana qaytarılan hissəsində yerləşən tərk etdikləri evləri yandırırlar. Bu barədə Şurnuxu kənd sakini Ararat Ağabekyan məlumat verib. Kənd sakini səlahiyyətlilərin son hərəkətlərinin buna yol açdığını bildirib və baş verənlərə görə Ermənistan Baş naziri Nikol Paşinyanı günahlandırıb. Qeyd edək ki, Şurnuxu kəndinin bir hissəsinin Azərbaycana qaytarılması səbəbindən həmin ərazidə yerləşən 12 evin sakinlərinə yanvarın 5-nə qədər evlərini boşaltmaq üçün vaxt verilib.


Koronavirusun daha bir nadir rast gəlinən simptomu elan edilib.
"Daily Express" xəbər verir ki, davamlı olaraq baş verən hıçqırıqlar xəstəliyin əlaməti ola bilər. Belə ki, Misirdə 64 yaşlı pasiyent 3 gündür davam edən hıçqırıq şikayəti ilə xəstəxanaya müraciət edib və onun COVİD-ə yoluxduğu məlum olub. Xəstənin qan hüceyrələrinin sayının azalması səbəbindən hıçqırıqlarının başladığı üzə çıxıb. Hıçqırıqlar nadir görülən koronavirus simptomu olsa da, alimlər hıçqırıq 2 sutkadan artıq davam edərsə, həkimə müraciət etməyi məsləhət görürlər.


Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, 2021-ci il Azərbaycan Respublikasında “Nizami Gəncəvi İli” elan edilir. Nazirlər Kabinetinə tapşırılır ki, “Nizami Gəncəvi İli” ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirsin. Qeyd edək ki, ölməz şairin 1981-ci ildə Ulu Öndərin bilavasitə təşəbbüsü və iştirakı ilə keçirilən 840 illik yubiley mərasimləri ölkənin mədəni həyatının əlamətdar hadisəsinə çevrilmişdi. 2011-ci ildə isə sənətkarın 870 illiyi dövlət səviyyəsində silsilə tədbirlərlə geniş qeyd edilib.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz