/ / Gəncədə Cavad xanın ildönümü anılıb

Gəncədə Cavad xanın ildönümü anılıb

476 Baxış



Gəncənin sonuncu xanı Cavad xan şəhadətinin növbəti ildönümündə məzarı başında anılıb. Çar Rusiyasının Müstəmləkəçilik siyasətinə qarşı igidliklə döyüşərək, iki oğlu ilə birlikdə şəhid olan Cavad xan hər il olduğu kimi bu il də böyük ehtiramla yad edilib. Pandemiya ilə əlaqədar olaraq anım tədbiri karantin qaydalarına uyğun təşkil olunub. Gəncə Şəhər İcra Hakimiyyətinin başcısı Niyazi Bayramov, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev və şəhər ziyalıları Cavad xanın məzarını ziyarət edib, ruhuna dualar oxuyublar. Qorxmazlığı və igidliyi ilə bu gün də hər birimizə örnək olan Cavad xanın Azərbaycan xalqının qəlbində daim yaşayacağı ifadə olunub.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz