/ / Ağdamda məşhur heykəlin parçalanmış halı paylaşıldı

Ağdamda məşhur heykəlin parçalanmış halı paylaşıldı

461 Baxış



Ağdamda məşhur heykəlin parçalanmış halı paylaşıldı
Məlum olduğu kimi, ermənilər işğaldan azad edilən Ağdamda daşı daş üstündə qoymayıb. Şəhəri xarabalığa çevirən ermənilər abidələri də yerlə-yeksan ediblər. Bu abidələrdən biri də Ağdam Dövlət Dram Teatrının qarşısında yerləşən fəvvarənin içində olan Fərhadın külünglə heykəlidir. “National Geografic” jurnalının tanınmış fotojurnalisti, Azərbaycan əsilli fransız fotoqraf Rza Diqqəti Ağdamda həmin heykəlin son halını əks etdirən fotoları instaqram hesabında paylaşıb.

350-dən çox insan naməlum xəstəliyə yoluxdu
Hindistanda 350-dən çox insan koronavirusa oxşar simptomlarla xəstəxanaya yerləşdirilib. Onlardan “COVID-19” testi götürülsə də, nəticələri neqativ çıxıb. Həkimlər naməlum xəstəliyin ürək bulantısı, başgicəllənmə və huşunu itirmə kimi simptomlara səbəb olduğunu açıqlayıblar. Artıq bir nəfər xəstəlikdən həyatını itirib. Sözügedən insanların yaşadığı bölgələrdə aparılan araşdırmalar zamanı məlum olub ki, xəstəlik su və havanın çirkli olmasından meydana gəlməyib.

Ümumdünya Şahmat Olimpiadasının ev sahibi məlum oldu
2024-cü il Ümumdünya Şahmat Olimpiadası Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək. Bu barədə Beynəlxalq Şahmat Federasiyasının Baş Assambleyası qərar verib. Budapeşt Olimpiadaya ikinci dəfə ev sahibliyi edəcək. Olimpiadanın bu il Rusiyada, 2022-ci ildə Belarusda təşkili planlaşdırılırdı. Lakin Rusiyadakı yarış koronavirus pandemiyası səbəbindən 2021-ci ilə təxirə salınıb, Belarus isə turniri keçirməkdən imtina edib.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz