/ / Gəncəni bəzəyən Xan çinarlarının sayı artırılır

Gəncəni bəzəyən Xan çinarlarının sayı artırılır

559 Baxış



Gəncənin küçə və prospektləri yaşıllaşdırılır. Gəncə şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin yaşıllaşdırma şöbəsi payız mövsümü ilə əlaqədar olaraq, şəhərin müxtəlif ərazilərində yaşıllaşdırma işləri həyata keçirir. Gəncənin əsas küçə və prospektlərində sovet dönəmində əkilən və inkişaf dövrünü başa vurduğu üçün zərərsizləşdirilən ağacların boş qalan yerlərinə yeni tinklər əkilib. Əvvəlcədən təyin olunan ərazilərə şəhər yaşıllaşdırma şöbəsinin tinkliyində yetişdirilən, yerli iqlim şəraitinə uyğun Xan çinarı, Eldar şamı və kiparislər əkilib. Hazırda işlər şəhərin 28 may prospektində aparılır. Yaşıllaşdırma şöbəsinin əməkdaşları prospekt boyunca 50-yə yaxın yeni çinar ağacı əkiblər.

Qeyd edək ki, son bir neçə ildə Gəncədə mütəmadi həyata keçirilən yaşıllaşdırma işləri, yeni park və xiyabanların salınması qədim Nizami yurdunu yaşıllıqlar şəhərinə çevirib.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz