/ / Gəncə gəncləri “Maska tax, özünü və yaxınlarını qoru” adlı aksiya keçirdilər

Gəncə gəncləri “Maska tax, özünü və yaxınlarını qoru” adlı aksiya keçirdilər

552 Baxış



Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının könüllüləri tərəfindən “Maska tax, özünü və yaxınlarını qoru” adlı xüsusi aksiya keçirilib. Son günlər ölkə ərazisində Covid-19 pandemiyasına yoluxma sayının sürətlə artması problemin ciddiliyini bir daha aktuallaşdırıb. Məqsədəuyğun olaraq, YAP Gəncə şəhər təşkilatının könüllüləri Gəncə sakinlərinə maska paylayıb, bilgiləndirici plakatlar vasitəsilə maarifləndirici söhbətlər aparıblar. Maska taxmağın vacibliyi, xüsusi karaktin qaydalarına riayət etməyin zəruriliyi diqqətə çatdırılıb. Koronavirus xəstəliyinə qarşı biganə olmamaq, əlləri təmiz saxlamaq və sosial məsafəni qorumağın vacibliyi vurğulanıb.
Qeyd edək ki, son günlərdə xəstəliyin anti-rekord həddinə çatması qurumları hərəkətə gətirib və ölkə ərazisində maska taxmaq məcburi olub.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz