/ / Mobiloqrafiya mövzusunda onlayn təlim keçirilib

Mobiloqrafiya mövzusunda onlayn təlim keçirilib

13 Baxış


Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının təşəbbüsü ilə mobiloqrafiya mövzusunda onlayn təlim keçirilib. Müasir texnologiyaların gündəlik həyatımızdakı rolu, xüsusəndə mobil telefonlardan səmərəli istifadə etməklə müxtəlif yaradıcı foto və videomaterialların hazırlanmasına həsr olunan onlayn təlimə, təlimatçı qismində qatılan,bu işə illərini verən, peşəkar fotoqraf, dünyanın nüfuzlu informasiya agentliklərində fəaliyyət göstərən Ceyhun Abdulla öz təcrübəsini iştirakçılarla bölüşüb. Günümüzdə mobiloqrafiyanın əhəmiyyətini, inkişafını, eləcə də operativliyini gənclərə və bu işin həvəskarlarına aşılıyan Ceyhun Abdulla, bu gün mobiloqrafiyanın sürətlə inkişaf etdiyini və artıq hər kəsin bu yolla peşəkar foto və video materiallar hazırlaya biləcəyini qeyd edib. Bunun üçün müasir mobil telefonların geniş imkanlarından düzgün və səmərli istifadə etməyin vacib olduğunu bildirən təlimatçı, fotoqrafiyanın sadəcə şəkil çəkməkdən ibarət olmadığını və burada əsas məqamın cəkmək istədiyiniz obyekti düzgün görüb qiymətləndirmək olduğunu bildirib. Mobiloqrafiyanın dərin sirlərini - izah edən peşəkar fotoqraf, iştirakçıları maraqlandıran suallarıda cavablandırıb. Gənclərin böyük maraq göstərdiyi onlayn təlimin mütəmadi təşkil olunacağı nəzərdə tutulur.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz