/ / 5 May “Dünya Əl Gigiyenası günü”

5 May “Dünya Əl Gigiyenası günü”

603 Baxış


Bu gün 5 may “Dünya Əl Gigiyenası günü” kimi qeyd edilir . Gündəlik həyatda ən çox çirklənən orqanların başında əllər olduğu üçün onu daim təmiz saxlamaq lazımdır. Çirkli əllərdən insan orqanizminə bir çox qorxulu xəstəliklərin patogenləri: pnevmoniya virusu, qrip və kəskin resperator virus infeksiyaları daxil olur. Əl gigiyenası mövzusunda səhiyyə işçilərinində diqqətli olması mütləqdir. Xəstəxanada və gündəlik həyatımızda yarana biləcək infeksiyaların qarşısının alınmasında təmiz əllər xüsusi rol oynayır. Əlimizdə çirklənmə varsa mütləq sabun və su ilə yuyulmalıdır. Bu sözləri Gəncə Beynəlxalq Xəstəxanasının Baş həkimi Fuad Hidayətov bildirib.
Bu gün bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da gigiyena qaydalarına əməl olunması xüsusi diqqətdə saxlanılır. Bu yöndə əhali üçün mütəmadi olaraq maarifləndirmə tədbirləri aparılır və xəstəliklərin profilaktikası məqsədilə müəyyən video çarxlar hazırlanır.

AXTARIŞ

Maraqlı videolarınızı bizimlə bölüşün

Əgər maraqlı videolarınız mövcuddursa bunu bizimlə bölüşə bilərsiniz